ADP fəalı təqib olunduğunu iddia edir.

0
3

ADP fəalı təqib olunduğunu iddia edir.

Bu barədə məlumat siyasi fəalın ailəsi tərəfindən verilib. ADP üzvü facebook fəalı olan Eldar Rəşidovun ailəsi iddia edir ki, övladları azad düşüncəli olduğu üçün təqib olunur. Onlar son aylarda həbs edilmiş sosial media vasitələrində aktiv olmuş insanların aqibəti ilə öz övladlarının da üzləşəcəyindən ehtiyatlandıqlarını söyləyirlər.
Ailəsinin verdiyi məlumata görə Eldar Rəşidov hakimiyyət nümayəndələrindən bəzilərinin sifarişiylə təqib olunur. Belə ki, Eldar Rəşidov facebook səhifəsində bəzi iqtidar nümayəndələri barədə tənqidi statuslar yazıbmış. Hazırda E.Rəşidovun harada olduğu barədə məlumat yoxdur. Bildirilir ki, polis işçiləri Eldarın yaşadığı ünvana gəlmiş və onun valideynlərindən Eldarın yerini soruşmuş və evdə axtarış apararaq Eldar Rəşidova məxsus komputeri aparmışlar.
Valideynləri məlumat verirlər ki, daha sonra E.Rəşidovun atası Nəsimi rayon polis idarəsinə çağırılaraq ADP və Eldarın siyasi fəaliyyəti ilə bağlı sorğu-sual edilib. Eldarın facebook səhifəsində yazdıqları onun atasına göstərilib. Polis idarəsində Eldarın atasına bildirilib ki, onun oğlu hakimiyyət nümayəndələri haqqında təhqiredici ifadələr işlədib və dövlət əleyhinə iş aparıb. Buna görə də onun barəsində cinayət işi açılıb. Eldar Rəşidovun tezliklə həbs olunaraq istintaqa cəlb ediləcəyi barədə də atasına xəbərdarlıq edilib.

Murad

LEAVE A REPLY