Səxavət Əlisoy: “Bu, oyunbazlıq idi”

0
5

Səxavət Əlisoy: “Bu, oyunbazlıq idi”

Müsavat Partiyasında başqanlığa namizəd olan, lakin qurultayda Qubad İbadoğlunun leyhinə namizədliyini geri götürən Səxavət Əlisoy Arif Hacılının oyubazlıq nəticəsində başqan seçildiyini bildirib.

Səxavət Əlisoyun “Facebook” səhifəsindəki qeydlərində bildirir:
“Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə “mən” deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”.

LEAVE A REPLY