XİN Türkiyədə ölən azərbaycanlı tələbələr haqda AÇIQLAMA yaydı

0
1

XİN Türkiyədə ölən azərbaycanlı tələbələr haqda AÇIQLAMA yaydı

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Uşaq şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər radələrində yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb. Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu soydaşlarımız Türkiyənin Uşaq universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, hadisədə həlak olmuş tələbələrimizlə bağlı zəruri tədbirlər görülür.

“Uşaq şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğu Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb. Hal-hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmaslar davam etdirilir”.

Həlak olanların cənazələrin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

“Yol qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk”-deyə XİN rəsmisi bildirib.

LEAVE A REPLY