Türkiyədə ermənilərə stadion verildi

0
5

Türkiyədə ermənilərə stadion verildi

Türkiyədə 42 min kvadrat metrlik ərazisi olan Zeytinburnu Stadionu Vəqflər Baş Məclisinin qərarı ilə Yedikule Surp Pırgiç Xəstəxanası Vəqfinə verilib.
AzNews.az xəbər verir ki, Zeytinburnu Bələdiyyəsi qərara qarşı çıxıb. Bələdiyyə, ərazinin erməni vəqfinə aid olmasının hüquqa zidd olduğunu irəli sürür.

Vəqf sədri Bedros Şirinoğlu, əraziyə 338 milyon lirə dəyər verildiyini söyləyib.
Şirinoğlu “Ərazi üçün 3 il əvvəl prezident Ərdoğanla üz-üzə danışmışdıq. İlk etapda 2 min kvadrat metrlik torpaq Ərdoğanın təlimatıyla bizə verilmişdi. Ərdoğan qalan torpağın qaytarılması üçün “Haqq yerini tapacaq. Torpaq sizin yeriniz olduğunu bilirəm” demişdi. Ancaq Vəqflərin Ümumi Məclisi ötən yanvar ayında lehimizə qərar vermişdi. Zeytinburnu Bələdiyyəsi də 60 günlük etiraz müddətindən sonra bu qərara qarşı çıxmışdı. Məhkəmənin ədalətli olacağına inanırdım” sözlərini əlavə edib.

Qeyd edək ki, Zeytinburnu Stadionu bölgənin ən qiymətli daşınmaz əmlakı hesab edilir.

LEAVE A REPLY