Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlan İstintaq Təcridxanasına gətiriliblər

0
7

Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlan İstintaq Təcridxanasına gətiriliblər

Şəki İstintaq Təcridxanasında saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov Şüvəlan İstintaq Təcridxanasına gətirilib.

Bu haqda Azadlıq Radiosuna vəkil Nemət Kərimli məlumat verib:

Onun sözlərinə görə, bu barədə ona Tofiq Yaqublu məlumat verib. T. Yaqublu Şüvəlan təcridxanasına gətirildiklərini deyib.

Tofiq Yaqublu və İlqar Məmmədov ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Məmmədova 7, Tofiq Yaqubluya isə 5 il cəza kəsib.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

LEAVE A REPLY