Tələbələrin qalaqlanmış problemləri…

0
1

Qüdrət Əzizov

Tələbələrin qalaqlanmış problemləri…

Adətən tələbələri yetkinlik yaşına çatmış, dünyagörüşü formalaşmış gənclər kimi təsəvvür edirik
Lakin bəzən istisnalar olur. Öz yaşına uyğun olmayan zəkaya və biliyə malik uşaqlar (Qərbdə belə uşaqlara “vunderkind” deyirlər) böyüklərin onlar üçün hördüyü inamsızlıq hasarlarını aşaraq tələbə adı qazanırlar. Təbiətin bəxş etdiyi fitrəti və düşüncəni maksimum istifadə edən belə istedadlı uşaqlar gələcəkdə böyük elmi nailiyyətlərə sahib olurlar.
Hazırda Azərbaycanda təhsil alan tələbələrin bir çox problemləri mövcuddur ki, hələ bunlar öz həllini tapmayıb. Həllini gözləyən vacib məsələlərdən biri tələbə yataqxanalarındakı acınacaqlı vəziyyətdir. Burada demək olar ki, Avropa standartlarına cavab verən 1-2 yataqxana olar ya olmaz. Yataqxanada tələbələrin təhlükəsizliyi demək olar ki, qorunmur. İstənilən şəxs rahatlıqla girib-çıxa bilir, bu böyük bir bədbəxtliyə də gətirib çıxara bilər. İkinci bir xoşagəlməz hal isə bəzi yataqxanalarda qızlarla oğlanların eyni binada olmasıdır. Bu nə dərəcədə düzgündür?
Tələbələrin etiraz etdiyi başqa bir məsələ isə xarici tələbələr olan mərtəbələrdə internetin olması, lakin öz tələbələrimizin bu imkandan istifadə etməsinə icazə verilməməsidir. Bəzi əcnəbi tələbələr isə BDU- a qəbul olub, lakin yataqxanalarda olan acınacaqlı vəziyyəti görüb burda oxumaqdan imtina ediblər.
Dövlət universitetlərinin yataqxanaları olduğu halda, özəl universitetlərdə təhsil alan tələbələrin bu imkanı yoxdur. Ödədikləri təhsil haqqı müqabilində isə bütün imkanların yaradılmasını haqq edirlər. Özəl universistetlərə tələbələrin ən böyük problemi isə təhsil haqqlarıdır. Təhsil haqlarının olduqca yüksək olması tələbə ailələrinə çox çətinliklər yaşadır. Həmçinin Qarabağ əlili övladlarına, şəhid ailələrinə, məcburi köçkünlərə təhsil haqqlarında hec bir güzəşt edilmir. Dövlət universistetləri təhsil haqqlarından azad edir, amma özəl təhsil ocağı hec bir güzəşt etmir. Bu məsələ bir çox tələbəni təhsili yarımçıq qoymağa vadar edir ki, dövlətimiz bəlkə də gələcəyin istedadlı bir gəncini itirir. O gənc ki, ölkə üçün dəyərli, savadlı kadr ola bilər.
Tələbələr üçün digər problem isə universitetlərin çoxunda oxu zallarının olmamasıdır, kitabxanalarda lazım olan dərsliyin tapılmamasıdır. Bəzi universitetlər hələ də kompyuterlə imtahan, testlə imtahan kecirmir. Biletlərdən yazılı imtahan kecirirlər.

Burada məqsəd isə yalnız tələbələrin “dəri”sinin soyulmasıdır. Buna ən çox özəl universitetlərdə rast gəlmək olar. Tələbələr arsında keçirdiyim sorğudan əmin oldum ki, tələbələrin 99 faiz test üsulu ilə imtahan keçirilməsinin tərəfdarıdır. Lakin üniversitet rəhbərliyi bunu etmir, çünki tələbəni imtanandan “kəsə” bilməyəcəklər. Tələbə yazılı imtahandan kəsilib öz haqqını müəllimdən tələb etdikdə isə, eşitdiyi tək söz bu olur, “Vallah mənlik deyil, deyiblər kəs hamını”. Bu nə dərəcədə düzgündür? Biz bu təhsil keyfiyyəti ilə hara gedirik? Nə qazandıracaq bu universitet tələbəyə? Sadəcə tozlansın deyə bir diplom?
Bu problemlərin həlli üçün təcili surətdə Təhsil Nazirliyi tədbir görməlidir, yoxsa tələbələrimiz, bir sözlə gələcəyimiz uçuruma gedir. Gəncliyimizi qoruyaq, onlara lazımi şərait yaratmaqla, gələcəyimizin işıqlı olmasını təmin edək! Çünki gələcəyi inşa edən insanlar bugünkü gənclikdir, necə ki dünəni inşa etmişdir əvvəlki gənclik.

LEAVE A REPLY