Rusiya sosial şəbəkələrə xəbərdarlıq etdi Rusiya sosial şəbəkələrə xəbərdarlıq etdi

0
3

Rusiya sosial şəbəkələrə xəbərdarlıq etdi Rusiya sosial şəbəkələrə xəbərdarlıq etdi

Rusiyanın Nəzarət Komitəsi Facebook, Gmail və Twitterə “informasiya yayımının təşkilatçısı” kimi bu ölkədə qeydiyyata düşmək, data mərkəzlərini Rusiyada yerləşdirmək barədə xəbərdarlıq edib.

Qurumun sədr müavini Maksim Ksenzov deyib ki, biz istənilən halda onları qanuna tabe olmağa məcbur edəcəyik. Hələlik, məsləhətləşmələr aparırıq, tələsdirmirik.

Komitə rəsmisi qeyd edib ki, Amerikanın internet servisləri tələbləri yerinə yetirməsə, onlara qarşı inzibati ölçü götürüləcək. Artıq «ВКонтакте», «Яндекс”, “ Mail.Ru Group” şəbəkələrinin və «Хабрахабр» bloqunun servisləri qeydiyyat prosesindədir.
Xatırladırıq ki, prezident Putin informasiya ilə bağlı qanunlara dəyişikliklər edilməsi barədə sənəd imzalayıb. Sənəd avqustun 1-dən qüvvəyə minib.

LEAVE A REPLY