Rəsmi Ankara: “Nüvə silahı hazırlamırıq”
Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Ankaranın gizli şəkildə nüvə silahı hazırlaması barədə Almaniyanın “Die Welt” qəzetində yayılan məlumatların doğru olmadığını bildirib. XİN-in yaydığı bəyanatda bildirilir ki, “Nüvə Silahların Yayılmasının Qarşısının alınması” müqaviləsi, nüvə silahlarının azaldılması kimi proqramları dəstəkləyən Türkiyə regionunun bu tip silahlardan təmzilənməsi istiqamətində siyasət yürüdür: “Bu gün kütləvi qırğın silahlarının yayılması təhlükəsi ilə üz-üzə qalan Orta Şərqin kütləvi qırğın silahlarından tamamilə təmizlənməsi prioritet hədəfimizdir. NATO üzvü olan və beynəlxalq kollektiv təhlükəsizlik sistemini dəstəkləyən bir ölkə haqqında yayılan belə məlumatlar təəccüblə qarşılanır”.