Poroşenkodan Putinə cavab: “Donbasa müstəqillik vermirik, Avropa İttifaqına üzv oluruq”

0
3

Poroşenkodan Putinə cavab: “Donbasa müstəqillik vermirik, Avropa İttifaqına üzv oluruq”

Ukrayna prezidenti Pyotr Poroşenko 3 həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə bir neçə dəfə görüşəcəyini açıqlayıb. Poroşenko eyni zamanda “Strategiya-2020” proqramı çərçivəsində Avropa İttifaqına üzvlük üçün Brüsselə müraciət edəcəyini də bildirib. Ukrayna mətbuatının məlumatına görə, Kiyevdə mətbuat konfransı keçirən prezident Donbasa xüsusi statusun verilməyəcəyini deyib: “Donbas hansısa statusun verilməsi müzakirə olunmur. Bölgənin Ukraynadan ayrılması mümkün deyil”. Pyotr Poroşenko problemin sülh yolu ilə həll edilməsi üçün Rusiya və ATƏT müşahidə heyətinin Xarkova gələcəklərini açıqlayıb. Poroşenko bundan əvvəl Putinlə sülhyaratma planının həyata keçirilməsi barədə görüşəcəyini bildirib. O, hesab edir ki, Rusiya Ukraynada baş verənlərə öz münasibətini dəyişməyə başlayıb. “Rusiyadan alınan təbii qaz barədə aparılan danışıqların müsbət nəticə verəcəyinə inanırıq” – deyə dövlət başçısı çıxışının sonunda vurğulayıb.

LEAVE A REPLY