Novruz Məmmədovdan Barak Obamaya cavab
Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı fikrini şərh edib.
Novruz Məmmədov Twitter səhifəsində yazıb: “Prezident Obamanın sözləriylə desək, yerlər var ki, orada bir müxalifət partiyası, bir QHT belə yoxdur, demokratiyadan və insan haqlarından danışmaq olmaz”.
PA rəsmisi bildirib ki, “amma o yerlər Qərbin “strateji tərəfdaşı”dır, qəzetləri də, TV-ləri də, QHT-ləri də susurlar… Maraqlıdır”.