Kəmaləddin Heydərov açılış etdi Kəmaləddin Heydərov açılış etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub.
Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak edib. Nazir yüksək standartlara cavab verən və müasir avadanlıqla təchiz edilən binada Heydər Əliyevin fotoşəkillərinin yer aldığı stendlərə baxıb, dispetçer, tədris, istirahət otaqları və yeməkxanada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bina ən müasir yanğınsöndürmə texnikası və avadanlığı ilə təchiz edilib. Burada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.