“İŞİD” qadın hüquq müdafiəçisini “Facebook”dakı yazılarına görə edam etdi

0
1

“İŞİD” qadın hüquq müdafiəçisini “Facebook”dakı yazılarına görə edam etdi
alt=”"İŞİD" qadın hüquq müdafiəçisini “Facebook”dakı yazılarına görə edam etdi” title=”"İŞİD" qadın hüquq müdafiəçisini “Facebook”dakı yazılarına görə edam etdi”

“İslam Dövləti” qruplaşmasının üzvləri İraqın Mosul şəhərində qadın hüquq müdafiəçisi Samirə Salih Nuyamini dinsizlikdə ittiham edərək edam ediblər.

APA-nın verdiyi xəbərə görə, terrorçuların iddiasına əsasən, Samirə Salih Nuyami “Facebook” sosial şəbəkəsindəki akkauntunda “İslam Dövləti”ni dini obyektləri dağıtdıqlarına görə sərt tənqid edib.

Hüquq müdafiəçisi sentyabrın 17-də yaşadığı evindən terrorçular tərəfindən oğurlanıb. Məlumata görə, Nuyami 5 gün işgəncələrə məruz qaldıqdan sonra, şəriət məhkəməsinin hökmü ilə izdiham qarşısında edam edilib.

Qeyd edək ki, Mosul şəhəri bu ilin iyunun əvvəlində “İslam Dövləti”nin nəzarəti altına keçib. Terrorçular şəhərdə bir çox dini və tarixi abidələri dağıdıb.

LEAVE A REPLY