Depresiyyasız payız üçün 10 MƏSLƏHƏT
Payız – insanların çox asanlıqla depresiyya yaşadığı bir fəsildir. Səbəbi isə bəzən soyuyan, tez qaralan hava, batan günəş işığı ilə əlaqələndirilir. Payızı depresiyyasız yaşamanız üçün 10 məsləhət…
Otağınıza gün doğsun
Payız depresiyyasının əsas əlamətlərindən biri səhərlər yuxudan durmaqda çətinlik çəkməkdir. Yataq otağınızda aydınlatma sistemi qurun. Səhər tezdən otağınıza gün doğması oyanmanızı asanlaşdırar.
Həyatınıza işıq daxil edin
Hava sərin və qaranlıqdı deyə günəş işığından imtina etməyin. Gündüzlər buludlu olsa belə, bayıra çıxın. Erkən qalxın, pərdələri açın. Günəş işığını görmək insana özünü yaxşı hiss etməsinə kömək edir.
Hərəkət sizi xilas edər
Sadəcə arıqlamaq, sağlam olmaq üçün deyil, günün stressindən xilas olmaq üçün idmana vaxt ayırın. Yaxşı bir idmanın təsiri saatlarla davam edər. Gün ərzində daha çox enerjiniz olar, maddələr mübadiləniz sürətlənər, özünüzü yaxşı hiss etmənizə kömək edən hormonlar ifraz edərsiz. Müntəzəm idman qış yuxusuna meylli bədənə yaşadığını xatarlıdır.
Şəkərə diqqət edin
Xoşbəxtlik, canlılıq hissi verən seratoninin səviyyəsi aşağı düşdüyündə karbohidrat və şəkərli qidalara istək artır. Bunlar bədəndə narkotik maddələr kimi biokimyəvi sistemə təsir edər. Nə yediyiniz nə hiss etdiyinizə mütləq təsir edir.
Sosial həyatı unutmayın
Hər şeyi boşa vermək istədiyinizdə sizə kim əl uzadar? Əlbəttə, dostlar, ailəniz. Dostalarınızı, ailənizi unutmayın, sizə kömək etmələri üçün onlara şans verin. Bəzən dostunuzla adi bir söhbət belə sizi canlandırar.
Qışa həyəcan qatın
Bir şeyi yaşamağı gözləmək insanı həvəsləndirər. Qışda yayı gözləmək, planlaşdırılan həftə sonu gəzintisi, görüş, idman proqramı sizin qışınıza həyəcan qatacaq.
Gəvşəyin
İş, dost, ailə, problemlər, bir sözlə, çox məşğulsuz. Ancaq hər insanın sakit qalmağa ehtiyacı var. Bəzi təkliflərə “yox” deməkdən utanmayn və heç olmasa bir neçə dəqiqə heç nə etmədən dincəlin. Sizə kömək edəcək gəvşəmə hərəkətləri edin və ruhsal olaraq sakitləşməyə yönəlin.
Yuxu nə az, nə də çox olmalıdır
İnsanlar soyuq havalarda həmişə çox yatırlar. Bu, fizioloji bir ehtiyacdır. Ancaq 7-8 saat yatmağı hədəfləyin. Hər gün yatmaq və oyanma saatını eyniləşdirmək, həyatınızı nizama salar, enerji verər. Xüsusən həftə sonları çox yatmayın. Bu, sizi daha çox yoracaq.
Fəsli qəbul edin
Fəsillərin dəyişimi təbii bir sevgidir. Bunları qınamaq yerinə, hər detalını izləmək sizə daha yaxş təsir edəcək. Yəni bu fəsillərdə də mütləq zövq alacağınız bir şeylər var.
Mütəxəssis dəstəyi alın
İstəksizlik, üzüntü, dəyərsizlik, günahkarlıq hissləri, yuxu pozğunluğu, çox yatmaq, enerji azalması, yorğunluq, iştaha azalması, əsəbilik, narahatlıq, diqqət pozğunluğu – bu problemlər 2 həftədən çox davam edərsə, deməli, mütəxəssis dəstəyinə ehtiyacınız var.