Bu qidalar saçlara gözəllik verir…

0
5

Bu qidalar saçlara gözəllik verir…

Dəriyə qulluqla yanaşı saçlara qulluq edərkən də soyuducuda olan qidalara ehtiyacımız olur. Ailem.az bu dəfə saç baxımında istifadə edilən qidaları təqdim edir.

Mayonez

Mayonez elektriklənən saçları yatızdırmağa və parıltılı bir görünüş qazandırmağa kömək edir.
Yarım stəkan mayonezi quru saçlarınıza sürtün və 30 dəqiqə saxlayın. Yarım saat sonra saçlarınızı ilıq su və şampunla yuyun.

Karbonat
Karbonat (soda) qabarcıqları saçlarınızdakı məhsul qalıqlarından xilas olmağa kömək edəcək.
Ovcunuza bir az şampun tökün və üzərinə 1 xörək qaşığı karbonat əlavə edin. Barmağınızla qarışdırın və saçınıza sürtün. Saçınızı köpürdün və durulayın. Həftədə 1 dəfə bunu etsəniz, saçınız quru və cansız görünməyəcək.

Avokado

Qırılan saç uclarının ən əsas dərmanı avokadodur. Bir ədəd avokadonu əzib püre halına gətirin. Püre üçün bir az süd, ya da qatıqdan da istifadə edə bilərsiz. Saçlarınızın uclarına sürtün və yaxşıca yedirin. Bir neçə dəqiqə saxlayıb yuyun.

Alma sirkəsi

Saçlarınız tez yağlandığı üçün hər gün yuyursuzsa, alma sirkəsi işinizə yaraya bilər. Saçların yağlanmasnı azaldır, mikrobları öldürür və parlaqlıq verir. Saçlarınızı şampunla yuduqdan sonra durulamaq üçün ¼ stəkan alma sirkəsindən istifadə edin.

Yumurta
Çiy yumurta saçlarda möcüzlər yaradır.
Yumurtanı qırıb bir qabda çırpın və içinə zeytun yağı əlavə edin. Saçlarınıza və saç dərisinə masaj edərək tətbiq edin. Bir az saxladıqdan sonra yuyun. Yumurtadakı bol protein saçlarınıza güc və sağlıq verəcək.

LEAVE A REPLY