Aytən Səfərova Səidə Sultanı biabır etdi
ANS telekanalının aparıcısı Aytən Səfərova müğənni Səidə Sultan haqda qalmaqallı sözlər deyib.
Axşam.az-ın məlumatına görə, aparıcı sosial şəbəkədə “Səidə Sultan kimdir? Onun şou-biznesdə, Azərbaycan mədəniyyətində hansı əməyi var ki” sözləri söz-söhbətə səbəb olub.
“Xəbərsizsiniz” verilişinə qonaq olan A.Səfərova məsələ ilə bağlı açıqlama verib:
“Mən, doğrudan da, bilmirəm Səidə kimdir, tanımıram. Onu nəinki mən, hətta xalq artistimiz Brilliant Dadaşova da tanımır. Yayda Brilliant xanımın özü belə müsahibə vermişdi. “Google”da axtarış verdim. Səidə xanım haqda məlumatlar çıxdı. Əksər şəkilləri hovuz kənarında yarıçılpaq idi. Müsahibələrinin başlıqları da bu cür verilmişdi: “Məni saxlamaq istəyirlər”. Sonradan prodüserlər dedi ki, onu bir-iki dəfə proqrama dəvət etmişdik, amma gəlməmişdi. Bu müğənnilər göbələk kimi kiməsə yapışıb gündəmə gəlirlər. İfaçıların işi olmur, gecələri rəngarəng keçir, ona görə günortaya qədər yatırlar. Səidə ilə biz ayrı çəkinin insanlarıyıq. Mənə nə zəng edib, nə də sözlərimə cavab verib, heç gözləmirəm də. Ən azından məni efirdə yarıçılpaq heç kim görməyəcək, abrımı saxlayan qadınam. Sabah onu verilişim “Salam, Azərbaycan”a dəvət edəcəm… Amma inanmıram gəlsin”.
A.Səfərova müğənni Rəqsanə İsmayılovadan da bəhs edib:
“Rəqsanə haqqında qara piarlar çox olub. O xanım haqda başqa fikirdə idim. Rəqsanəni şəxsən tanıyandan sonra onun necə gözəl insan olduğunu gördüm. Və başa düşdüm ki, Azərbaycanda insanı ən çox aldadan əza qulaqdır”.