Türkiyə tankları sərhəddə

0
1

Türkiyə tankları sərhəddə

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə zirehli hərbi texnikalarını yerləşdirib.

Silahlı Qüvvələrin Mürşitpınar 2-ci Hüdüt Tabor Komandağnlığının 3 tankı Suriya ilə sərhədindəki Oylum kəndinə yerləşdirilib.

Verilən məlumata görə, tanklar Suriyada İŞİD terrorçu qruplaşmasının hücumlarından qaçan insanların Türkiyəyə keçən hissəsində cəmləşdirilib.

Sərhədə yerləşdirilən tanklar Suriya istiqamətində atəş vəziyyətinə gətirilib.

Son məlumatlara görə, Suriya ərazisində Türkiyə sərhədinə yaxın ərazidə silahlı maşın karvanları müşahidə edilib.

LEAVE A REPLY