Təhsil Nazirliyi: “Məktəblərdə hazırlıq qrupları təşkil olunacaq”
“Bakı şəhərinin bir sıra məktəblərində məktəbə hazırlıq qruplarının təşkili ilə əlaqədar hazırlıq işləri yekunlaşmaqdadır”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. “Bu barədə yaxın zamanda rəsmi qərar qəbul olunacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Təhsil Nazirliyinin əməkdaşı Emin Əmrullayev Bakı şəhərinin bir sıra məktəblərində məktəbəhazırlıq qruplarının yaradılacağı barədə məlumat vermişdi: “Bu il Bakının 90-a yaxın məktəbində Təhsil Nazirliyi məktəbəqədər hazırlıq kursları açır. Bu ilkin mərhələdə pullu aparılacaq. Valideyn bir uşaq üçün aylıq 40 manat ödəməli olacaqlar”.