Davudoğlu: “Azərbaycana qarşı edilən hər hansı haqsızlıq Türkiyəni də narahat edir”

0
3

Davudoğlu: “Azərbaycana qarşı edilən hər hansı haqsızlıq Türkiyəni də narahat edir”

alt=”Davudoğlu: "Azərbaycana qarşı edilən hər hansı haqsızlıq Türkiyəni də narahat edir"” title=”Davudoğlu: "Azərbaycana qarşı edilən hər hansı haqsızlıq Türkiyəni də narahat edir"”
“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”. Trend-in verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında bildirib.
Ə.Davudoğlu qeyd edib ki, Azərbaycan torpaqlarının hər qarışı azad olunana qədər və bundan sonra da Türkiyə Azərbaycana hər cür dəstək verəcək.

Baş nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan bölgəni sülh regionu etmək üçün bundan sonra da çiyin-çiyinə çalışacaq: “Təəssüflər olsun ki, hələ də bəzi ölkələr Azərbaycan və Türkiyə arasında olan işbirliyini anlamır. Azərbaycan və Türkiyə bundan sonra da beynəlxalq məsələlərdə qarşılıqlı əməkdaşlıq edəcək və bir-birini dəstəkləyəcək”.
Ə.Davudoğlu əlavə edib ki, Azərbaycana qarşı edilən hər hansı haqsızlıq Azərbaycan kimi, Türkiyəni də narahat edir.

Baş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan gələcəkdə də birgə nailiyyətlərə imza atacaq: “Başlatdığımız hər layihə tamamlanacaq və tamamlanan hər layihə də yeni layihələrə yol açacaq. Bizim üçün Türkiyə və Azərbaycan arasında fərq yoxdur. Azərbaycana xidmət Türkiyəyə xidmət və Türkiyəyə xidmət Azərbaycana xidmət etmək deməkdir”.

LEAVE A REPLY