Cavanlıq və sağlamlıq mənbəyi…
Yerkökü meyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə və çiy halda kulinariyada istifadə olunur, şirəsi çəkilir, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Deyilənlərə görə, yunanlar və romalılar tərəfindən qədim zamanlarda bu tərəvəz müalicəvi məqsədlə istifadə olunub.
Qış aylarının şəfa anbarı hesab olunan tərəvəzlərin, xüsusən də kökün faydası o qədər çoxdur ki, insan gündəlik qida rasionunda az qala hər gün bu möcüzəvi və olduqca şəfalı tərəvəzdən istifadə etmək istəyir. Bütün bağırsaq problemlərinə çarə hesab olunan kök ürəyi qorumaqdan cinsi gücü artırmağa qədər müalicəvi əhəmiyyəti ilə fərqlənir. Tabloid.az kök və kök suyunun orqanizmə verdiyi faydalardan ətraflı məlumatı təqdim edir:
Vitamin və minerallarla zəngin olan yerkökü orqanizmin mineral maddələrə olan sutkalıq tələbatına yaxşı təsir göstərir. Bu baxımdan çoxları bu tərəvəzi təbii vitamin və qida maddələri içində qızıl mədəninə bənzədir. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir.
Kök bağırsaq iltihabını, böyrək ağrılarını, qəbizliyi aradan qaldırmağa, bağırsaq qurdlarını salmağa, sidik və qaz çıxarmağa, ishalı kəsməyə, bağırsaqları işlədərək həzmi yaxşılaşdırmağa, qanda xolesterolun səviyyəsini salmağa kömək edir.
Sürətli qan artımı və gücverici özəlliyi olan kök suyunun qaraciyəri qüvvətləndirici və mədə bağırsağın fəaliyyətində çox faydalı olduğu bildirilir. Qan itkisində və ya qan azlığında, sürətlə qanın bərpasına kömək edən kök suyu mədə və bağırsaq qanamalarının qarşısını almaqda da çox faydalıdır.
A vitamini və bol mineralı ilə qaraciyərin öz özünü təmin etməsini qüvvətləndirən kök ənginar ilə birlikdə istifadə edildikdə, qaraciyərdə olan sarılıgı çıxarır, öd miqdarının axışını artırır, bağırsaqları müalicə edir.
Bu tərəvəz bədəndəki ziyanlı xolesterin səviyyəsinin düşməsinə, sıxılmaların rahatlaşmasına və qan damarlarının güclənməsinə köməkçi olan təbii maqneziumun mənbəyi hesab olunur.
Kök suyu içmək, hamilə qadınlar və kiçik uşaqlar üçün çox xeyirlidir. A vitamini ana bətnindəki körpənin normal inkişafı üçün olduqca əhəmiyyətlidir.
Kök və kök şirəsi həm də qidalandırıcıdır. Gözlərin sağlamlığı və görmə qabiliyyəti üçün idealdır.
Yara iltihablarının sağalmasına kömək edən kök suyu qanı da təmizləyir. Bədəndəki sidik turşusunu və digər maddələri sidiklə xaricə atır. Revmatiz, böyrəkdə qum və daşa qarşı da faydaları var. Revmatizm xəstəliklərinə qarşı çox təsirlidir.
Kök bol A vitamini ilə orqanizmdəki bütün hüceyrələrin fəaliyyətini və yenilənməsini təmin edir, dəriyə təmizlik və çəhrayılıq da gətirir. Tərkibində olan antioksidantlarla yaşlanmağı yavaşladır, artıq çəki probleminin həllində kalorisi aşağı olduğundan kömək edir, dəriyə təzəlik və cavanlıq bəxş edir.
Həmçinin ürəyi və bədəni qüvvətləndirməyə, cinsi gücü artırmağa, öskürəyi kəsməyə, ürək xəstəlikləri və damar sərtliyinə də faydalıdır. Ürək böhranı və iflic riskini azaltmaqla, eyni zamanda bədəni zərərli maddələrdən uzaqlaşdıraraq qanı təmizləməyə yardımcı olur.
Bunu da bilmək vacibdir ki, kök diş ətlərini gücləndirir, qaraciyərin funksiyalarını qoruyur, zehni fəaliyyəti və yaddaşı gücləndirir.