“Əsrin müqaviləsi” çərçivəsində neft ixracının həcmini açıqlandı

0
3

“Əsrin müqaviləsi” çərçivəsində neft ixracının həcmini açıqlandı
alt=”"Əsrin müqaviləsi" çərçivəsində neft ixracının həcmini açıqlandı” title=”"Əsrin müqaviləsi" çərçivəsində neft ixracının həcmini açıqlandı”

2014-cü il sentyabrın 1-nə olan məlumata görə, 1994-cü il sentyabrın 20-də imzalanmış və “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsini nəzərdə tutan “Əsrin müqaviləsi” çərçivəsində neft nəqli infrastrukturu vasitəsilə 384 milyon ton neft ixrac olunub. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Blokun təsdiq edilmiş ehtiyatları təqribən 1 milyard tondur.
Onun sözlərinə əsasən, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 254,9 milyon ton, Bakı-Supsa kəməri ilə 69,1 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 39,1 milyon ton və dəmir yolu ilə 20,5 milyon ton neft ixrac edilib.
ARDNŞ prezidenti qeyd edib ki, sentyabrın 1-nə olan məlumata görə, BTC kəməri ilə 11,6 milyon ton Türkmənistan, 4,3 milyon tondan artıq Qazaxıstan nefti də nəql edilib.
Onun sözlərinə görə, BTC kəmərinin ötürücülük qabiliyyəti ildə 50 milyon ton təşkil edir ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür.
BTC-nin ümumi uzunluğu 1768 kilometrdir.

LEAVE A REPLY