Əli Orucov:“Dəyişiklik siyasi partiyalara zərbə və onların sıradan tamamilə çıxarılmasına xidmət edəcək”

0
4

Əli Orucov:“Dəyişiklik siyasi partiyalara zərbə və onların sıradan tamamilə çıxarılmasına xidmət edəcək”

Milli Məclisin Sosial Siyasət Komitəsi ilə birgə iclasda Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsi barədə məlumat verib. Komitə sədri deyib ki, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur. İqtidarın bu addımının mürtəce xarakter daşıdığını vurğulayan, AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov “Milətim”ə qanun haqqında fikirlərini bildirib.

“Azərbaycan iqtidarının siyasi instituların faəliyyətinin tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi adı ilə həyata keçirdiyi addımlar birqayda olaraq mürtəce xarakter daşıyıb. Partiyaların maliyyələşdirilməsi mexanizminın bu cür seçilməsi də məhz iqdidarın özünə təhklükə və rəqib saydığı, ehtiyatlandığı siyasi qüvvələrin tam sıradan çıxarılması, yaxud da ayrı-ayrı sponsorların təsiri altına salınması məqsədi güdür. Görün bunlar nə dərəcədə etiyatlanırlar ki, ianənin illik həddini də 10 min manatadək azaldırlar. Halbuki indiki zamanda nəinki 10 min manat, heç 100 manat kiminsə hansısa partiyaya ayırmaq imkanı yoxdur”.

Ə.Orucov qanuna ediləcək dəyişikliyin partiyaların tamamilə sıradan çıxarılmasına xidmət edəcəyini bildirdi: “Söhbət ilk növbədə həmin partiyaların sosial bazasından gedir. İkincisi də müxalifət partiyalaraına hər hansı maliyyyə verən şəxslər isə qarşılacaqları problemləri və salınacaqları xoşagəlməz halları göz altına almaya bilməzlər. Ona görə də hesab edirəm ki, bu dəyişiklik əksinə siyasi partiyalara zərbə və onların sıradan tamamilə çıxarılmasına xidmət edəcək. Eyni zamanda partiyalara qarşı cəza tədbirləri görülməsi üçün bir alətə çevriləcək. Partiyaların sponsorlardan asılı vəziyyətə salınması həm ölkədə vətəndaşların siyasi fəaliyyət meydanını daraldır, həm də bir sira partiyaları hansısa xarici və daxili qüvvələrin təsiri altın salır ki, bu qüvvələrin də öz maraqları Azərbaycanın maraqlarının əksinə olur.
Yeri gəlmişkən onu da vurğulayım ki, siyasi partiyalara ayrılmış vəsaitin xərclənməyən 10 faizlik payın hansısa mexanizmlərlə parlamentdən kənarda saxlanılan partiyalar arasında bölüşdürülməsi daha məqbul variant olardı. Söhbət seçkilərdə iştirak edən, parlamentdə təmsil olunmayan və namizədlərinin topladığı səslərin 3 faizlik baryeri aşan partiyalara ayrılan vəsitdən gedir. Bunun özünün hüququ bazası da qüsurludur. Əvvəla ona görə ki, proporsional seçki sistemi Azərbaycanda ləğv edilib. Digər tərəfdən seçkilərdə baryer, yaxud da kvorum anlayışları olmadığından 3 faiz baryeri də düzgün yanaşma deyil”.

Leyla

LEAVE A REPLY