Türkiyənin cənub sərhədlərində 6 yeni dövlət peyda oldu

0
6

Türkiyənin cənub sərhədlərində 6 yeni dövlət peyda oldu

Suriyada 2011-ci ildən davam edən müharibə və İŞİD-in İraqın müəyyən hissəsində möhkəmlənməsi Türkiyənin Cənub sərhədlərində müəyyən dəyişikliyə səbəb olub. Sərhəd xəttində 6 fərqli “dövlət”-ə məxsus bayraq sancılıb. Bayraqlar özlərini müstəqil elan etdikləri, Suriya Ərəb Respublikası, İslami Cəbhəsi, Suriya Azadlıq Ordusu, İŞİD, İKBY və DBP-PKK-ya aiddir. Sərhəd xətti Suriya ilə Türkiyənin İskəndərun vilayətinə qədər olan 911 km ərazini əhatə edir. Hatay, Qaziantep, Kilis, Şanlıurfa və Mardin vilayətləri ilə sərhəd zonaları suriyalı müxalif güclərin nəzarətindədir. Həmin nöqtələrdə Suriya-Türkiyə sərhədinə yerləşən gömrük məntəqələri keçən 3 il ərzində bir neçə dəfə müxtəlig qüvvələrin tabeliyində olub. “Hürriyyət”-in verdiyi məlumata görə, Suriyanın Türkiyə ilə sərhəd bölgələrinda yerləşən gömrük məntəqlərinin 2-si Suriya dövləti, 2-si İslam Cəbhəsi, 1-i SAO-nun, 3-ü İŞİD-in və 5-i də PKK-nın Suriya qolu hesab olunan Demokratik Birlik Partiyasının (DBP) nəzarəti altındadır. (“OLAYLAR İA”)

LEAVE A REPLY