Yenə də birinciyik!

0
1

Yenə də birinciyik!

Ekstremal şəraitdən də üzüağ çıxdıq.

Cəbhə bölgələrindəki son olaylar ölkə Kütləvi İnformasiya Vasitələrinin (KİV) sınaqdan çıxmasına şərait yaratdı. Sınaqdan kimlər üzüağ çıxa bildi? Əlbəttə, KİV-lərin həmin ərəfədəki fəaliyyətini qiymətləndirmək üçün ciddi araşdırmaya ehtiyac duyulurdu. Biz də imkanımız daxilində araşdırma apardıq.
Təəssüf ki, Prezident Administrasiyasının rəhbəri, cənab Ramiz Mehdiyevin dezinformasiyalara qarşı mübarizə müraciətindən sonra aktivləşən jurnalistlərin, ayrı-ayrı KİV rəhbərləriinin zamanında nə öz qəzetlərində, nədə ki sosial şəbəkələrdə dezinformasiyalara münasibət bildirməklərini aşkar edə bilmədik. “Millətim” isə hər zaman olduğu kimi tam zamanında səhifəsinə “Dezinformasiyalar kimlərə xidmət edir?” başlıqlı aktual mövzu çıxardı. Həmin yazıda birmənalı qeyd edildi ki, dezinformasiyalar düşmənə xidmətdən başqa bir şeyə xidmət etmir.
Sosial şəbəkələrdə yalnız “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevin tam zamanında etdiyi müraciəti müəyyən edə bildik. Həmin müraciət bütün siyasətçilərə örnək ola biləcək çağırış kimi qəbul edilməlidir. Ən əsası isə müraciətin bir an belə gecikmədən edilməsidir. Bu gün müxtəlif telekanallarda özlərini reklam edib, vətənpərvərliklərini nümayiş etdirməyə çalışanların cənab R.Mehdiyevin tövsiyyələrinə qədər sosial şəbəkələrdə yalnız özlərinin əyləncə məkanlarındakı şəkillərini nümayiş etdirmələriylə qarşılaşdıq. Nə yaxşı ki, Prezident Administrasiyasının rəhbəri, cənab R.Mehdiyev yatmışları oyatdı. Axı, nə üçün bizləri mütləq yönləndirməlidirlər. Təəssüf ki, həmkarlarımızın ekstremal şəraitdə təşəbbüskarlıqları yox səviyyəsindədir.
Araşdırmamız nəticəsində “Millətim”in baş məsləhətçisi R.Tağıyevin “facebook” sosial şəbəkəsində millətimizə ünvanladığı müraciəti aşkar etdikdə çox sevindik. Bizə dodaq büzənlər çox olsa da, yenə hamıdan öndə olduğumuzu sübut etdik. Ramiz bəy müraciəti avqust ayının 2-də paylaşıb ki, bu da onun həmişəkitək hadisələrə tam məqamında münasibət bildirmək bacarığından xəbər verir.
Dezinformasiyalarla bağlı məsələ gündəmdə olduğundan R.Tağıyevin “facebook”da paylaşdığı müraciəti nöqtə verglünə toxunmadan səhifəmizə çıxarmağı lazım bildik.
“Əziz dostlar və millətimizn ləyaqətli övladları. Son günlər cəbhə bölgələrindən aldığımız xəbərlər hamımızı kədərləndirsə də, düşmənlə sonunda haqq-hesab çəkməyin, müqəddəs torpaqlarımızın azad edilməsinin zamanı yetişdiyini nəzərə alıb sarsılmamalı, əksinə hamılıqla müqəddəs savaşa hazır olmalıyıq. Təəssüf ki, bəziləri baş verənlərdən çirkin siyasi məqsədləri üçün istifadə etməyə, düşmənə qarşı çağırışlar etmək əvəzinə, ölkədə ara qarşıdırmaq niyyətlərini büruzə verirlər. Biz belə araqarışdıranların sayəsində Vətənimizin böyük itkilər verməsini dəfələrlə gördük. Nəticə çıxarmağın zamanı deyilmi, əzizlərim? Hətta bəzi şərəfsizlər şəhidlərin sayının çoxalmasına sevinir ki, milləti ölkə iqtidarının üzərinə qaldırsın. Ayıb deyilmi? Bunun xəyanətdən başqa adı varsa, siz deyin. Bəli, bizim güclü ordumuz var. Ordumuzla, hər bir əskərimizlə qürur duymayan bizim düşmənimizdir. Zərurət yaranarsa yaşımızdan asılı olmayaraq, əsgərlərimizlə birgə düşmənlərə qarşı vuruşacağıq ki, bunu da dəfələrlə sübut etmişik. Ona görə düşmənlər dedim ki, şərəfsiz Putinin ordusu da erməniyə yardım edir. Ancaq bu bizləri qətiyyən qorxutmamalıdır. Sonunda hamını birliyə, Vətən naminə umu-küsünü unutmağa çağırıram.Əgər kimlərsə ölkədə sabitliyi pozmaq istəklərini ortaya qoyacaqsa, inanın ki, onlar millətsevər igidlər tərəfindən sərt cəzalanacaqlar. İndi bir çağırış ola bilər, “Hər şey cəbhə üçün, hər şey Qələbə üçün”. Allah millətimizi qorusun, millətimizə kömək olsun.”

Leyla

LEAVE A REPLY