Rusiya bankları “qara siyahı”ya düşdü

0
1

Rusiya bankları “qara siyahı”ya düşdü

Xəbər verildiyi kimi, ABŞ Rusiyaya qarşı yeni sanksiyaları qəbul edir. Amerikanın “qara siyahısı”na Rusiyanın ən böyük bankları düşəcək.

“Röyters” xəbər agentliyi məlumatlı mənbəyə istinadən Əmanət bankı və digər beş ən böyük bankın sanksiyalara məruz qalacağını bildirib.

Məlumata görə, həmin banklar 30 gündən çox müddətə ABŞ-dan kredit götürmək imkanından məhrum olacaq. Yeni məhdudiyyətlər Əmanət bankından başqa, VTB, “Qazprom” bankı, Moskva bankı, Xarici iqtisadiyyat bankı və Rusiya kənd təsərrüfatı bankına tətbiq olunacaq.

Xatırladaq ki, bu gün ABŞ prezidenti Barak Obama ölkəsinin Rusiyaya qarşı yeni sanksiyaları qəbul etdiyini bildirib. Onun sözlərinə görə, sanksiyalar energetika, maliyyə və müdafiə sektorlarına toxunacaq.

LEAVE A REPLY