Məhkumlar edam anında canlarını qurtardılar

0
1

Məhkumlar edam anında canlarını qurtardılar

Cinayət işlədikləri üçün ölüm cəzası alan iki məhkum son anda asılmaqdan xilas olub.

Hadisə cinayətkarlara qarşı ölüm hökmü irəli sürülən İranda baş verib. Asılmalı olan iki məhkum öldürdükləri şəxsin qohumları tərəfindən bağışlanıblar.

Həbsxana müdiri açıqlamasında son 6 ayda altıncı ölüm cəzasının bağışlandığını bildirib.

Bender Abbas Mərkəzi Həbsxanasının müdiri Həsən Mürselpur bu addımı yüksək qiymətləndirib:

“Cəmiyyətimizdə qisas yerinə bağışlama mədəniyyətinin yayılmasına ümid edirəm. Son aylar bağışlayanların sayının artması məni sevindirir”.

Beynəlxalq Əfv Təşkilatının məlumatlarına görə, İran dünyada edam cəzasının ən çox tətbiq edildiyi 5 ölkədən biridir. Birləşmiş Millətlər Təşkilatı İranda 2014-cü ildə ikisi qadın olmaqla ən az 170 adamın edam edildiyini açıqlayıb.

LEAVE A REPLY