Lalə Ramizqızı
Erməni, Ebola və İŞİD.
Son zamanlar gündəmin əsas mövzusuna çevrilmiş Ebola virusu hər gün onlarla can almaqdadır. Quş qripi, donuz qripi və nəhayət Ebola…Haradan yaranır bu viruslar… Axı belə adlar son illərin məhsuludur.
Quş qripi yayıldı, onlarla ölkənin iqtisadiyyatına külli miqdarda ziyan dəydi. Süni yetişdirilmiş, qırx günlük olmasına baxmayaraq cəkisi 3-4 kiloqramdan artıq şişman toyuqlar acımasızcasına məhv edildilər. Əslində belə məhsullar məhv edilsə yaxşıdır. Yeyən şişir… Hələ insanların daxili orqanlarına dəyən zərbələri demirəm. Qırx gün ərzində toyuqları koppuş halına salan hormonların, insanın daxili orqanlarına vurduğu fəsaddan danışmaq, yazmaq mənə elə gəlir ki, ən azı elmlər doktorlarının işi olmalıdır. Kim yazacaq ki…
Əsas odur ki, pul gəlsin, milyonlar qazanaq. Deyəsən, bir az mətləbdən kənar düşdüm. Donuz virusu şükür ki, çox yayılmadı. Axı, donuzlar quşlar kimi pərvazlanıb viruslarını dünyaya yaya bilməzdilər. Baxmayaraq ki, donuza qanmaz heyvan kimi baxırlar, virus məsələsində donuzlar qanacaqlı, insanlara virus keçirməyin əleyhinə olduqlarını BMT-yə nümayiş etdirə bildilər.
İndi də Ebola dəbdədir. Guya hələ də bilmirlər ki, bu virus harda və necə yaranıb…Artıq şübhələnmişəm, virusları beynəlxalq təşkilatlar yaradırmış. Siera-leone adlanan bir ölkə var ki, çoxları həmin ölkənin adını məhz Ebolanın sayəsində eşitdi. Demə, həmin ölkədə zəngin qızıl və digər qiymətli yataqları varmış. Nə bilim, bəlkə, təbii sərvətlər ölkələrin başına bəlaymış?
Əfqanıstan, İraq, Liviya qan içində… Birində əsil qızıl, digərlərində qara qızıl zəngin… Orada yaşayanların isə günü qaradır.
İndi də İŞİD peyda olub. Kimdən və harada törədi bunlar. İŞİD də virusdur. Özləri yaradıb, böyük dövlətləri və onların əlində oyuncağa çevrilmiş Beynəlxalq təşkilatları deyirəm. Hansılardakı, yalan ayaq tutur, yeriyir də…
Bir Stefan Fule varmış. Böyüklərdəndi…Qoca Avropanın başbilənlərindən sayılır. Ondan da şübhələnirəm. O da virus yayıcısına oxşayır. Adam utanıb-qızarmadan Rusiyanın Krımı işğalını, ermənilərin Qarabağı və digər müqəddəs Azərbaycan torpaqlarını işğal etmələrinə bənzətməməyə çağırış edib. Bu da bizim satqınların nökərçilik etdiyi, nicat gözlədiyi Avropa yetkilisi. Aldınızmı payınızı?
“Kişi”balanın arqumentinə baxın, guya Qarabağ probleminin həll edilməməsi Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmamasıyla birbaşa əlaqəliymiş. Atalarımız yaxşı deyib, “utanmasan, oynamağa nə var?”
Avropalılar oynamağı bir o qədər bacarmasalar da, oynatmağı yaxşı bacarırlarmış. İçimizdəki satqınları uzun illərdir ki, necə lazımdı, elə də oynadırlar. İkiayaqlı viruslar o qədər çoxalıb ki… Nə istədiklərini, nə edəcəklərini anlamaq çətindir. Erməni sevgisini gizlətməyən Fransa prezidenti Fransua Ollandın qarşısında əzilib-büzülüb, imdad diləyənlərin nəyisə anladıqlarını kim təsdiq edə bilər?
İŞİD gəlir deyirlər. Bir gün Azərbaycanı, o biri gün Rusiyanı hədələyir. Virus kimi yaymaq istəyirlər. Bizə ehtiyac deyil… Virus bizim qonşuluğumuzdadır. Hətta müvəqqəti olsa da, ölkəmizin bir hissəsinə yayılıb. Erməni adlı virusdan təhlükəlisi varmı? Bütün dünyaya yayılıblar. Əxlaqsızlığı, hiyləgərliyi, yaltaqlığı, dələduzluğu dünyaya yayan ermənilər olmadımı?
İŞİD iki avtomobil, beş saqqalıyla bir kəndə hücum çəkir, bütün dünya ayağa qalxır ki, bəs, qoymayın, dünya təhlükəylə üz-üzədir. Söz yox, böyük dövlətlərin öz oyunudur İŞİD! “Dovşana qaç, tazıya tut” demək, supergüc dövlətlərin çoxdankı şakərləridir.
Cənab S.Fule Azərbaycanda ikiayaqlı virusların meydan sulaya bilməməsindən narahat olubmuş. Deyir, açın qapılarınızı sizi İraqın, Əfqanıstanın, Liviyanın, Ukraynanın, Misirin gününə salaq. Əlbəttə, Azərbaycanın qapıları xoşməramlı qonaqların üzünə daima açıq olub. Gəlin, gəzin və görün ki, Azərbaycanda Vətəndaş da, Vətəndaşların Cəmiyyəti də var. Ancaq Azərbaycanda virusu sevən yoxdur. İstər Quş qripi, istər donuz qripi, istər Ebola virusu və istərsə də erməni virusu olsun, onların heç biri Azərbaycan vətəndaşı tərəfindən sevgiylə qarşılanmaz. Çünki bunların hamısı bir mərkəzdən yayılır. Hamısı inkişafına həsəd aparılan ölkələrə qarşı yönəlib.
Erməni virusu digərlərindən daha təhlükəlidir. Quş qripi, donuz qripinin qarşısı alındığı kimi Ebolanın da dərdinə çarə mütləq tapılacaq. Dərd bizim dərdimizdir ki, uzun illərdir erməni virusunun törətdiyi fəsadlardan qurtula bilmirik. Söz yox ki, Azərbaycanımız günü-gündən inkişaf edir, qudrətlənir. Erməni virusunu biryolluq məhv etmək də ölkəmiz üçün müşkül məsələ deyil. Ancaq nə etmək olar, erməni virusu hələlik bütün dünyanı bürüyüb- Rusiyanı, ABŞ-ı, Fransanı, BMT-ni, ATƏT-i və hətta AŞPA-nı.
S.Fule də erməni virusuna yoluxubmuş. Özünüzü təcilli müalicə edin, cənab Fule! Axı ermənilər onlara çörək verən, onları himayə edən hər kəsə sonunda xəyanət edib.