Əsədov “AA” seriyalı maşın sahiblərinə xəbərdarlıq etdi
alt=”Əsədov "AA" seriyalı maşın sahiblərinə xəbərdarlıq etdi” title=”Əsədov "AA" seriyalı maşın sahiblərinə xəbərdarlıq etdi”
“Cəmiyyətdə belə fikir formalaşıb ki, “AA” dövlət seriyalı avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozsalar belə, DYP onlara göz yumur. Bu əsla belə deyil. Qaydanı pozan “AA” dövlət nömrəli avtomobilin sürücüləri cəzasız qalmır”.
Bunu Bakı şəhər Dövlət Yol polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov söyləyib.
O, bildirib ki, qanun qarşısında hər kəs cavabdehdir. “Əgər biz yazılan protokollara baxsaq görərik ki, orada qaydanı pozan “AA” seriyalı avtomobillərin sürücüləri də var. Bu isə onu göstərir ki, qaydalar hər kəs üçün qaydadır. Yəni, avtomobilin nömrəsi “AA”-dırsa onlar məsuliyyətə cəlb edilə bilməz fikri yalnışdır.”