Qüdrət Əzizov
Həllini gözləyən problemlərimiz…
Əhalimizin gündəlik olaraq qarşılaşdığı bir çox problemlər var. Bu haqda mətbuat vasitələrində dəfələrlə yazılsa da, əfsus ki, problemlərin həlli istiqamətində nəzərəçarpacaq dəyişiklik yoxdur. Elə bu yazımda da, gündəlik olaraq qarşılaşdığımız bəzi problemləri yada salmağı məqsədəuyğun hesab etdim. Bəlkə bu dəfə həlli tapılar…
Çox problemlərimiz var, amma o problemlərdən biri var ki, hamımızın yaralı yeridir desək yanılmarıq. İctimai nəqliyyatda hər gün üzləşdiyimiz problemlər, düşünürəm ki, mənim kimi hər kəsi narahat edir. Kimisi yüksək səslə telefonla danışır, kimisi nalayiq ifadələr işlədir, kimisi mübahisə edir. Bunlar bir kənara dursun, ictimai nəqliyyatdan istifadə edənlərə sürücülərin “mehriban olaq” ifadəsi yəqin ki, yaxşı tanışdır. Basabas bir yandan, isti bir yandan, üstəlik sürücülərin insanları saymayaraq, həyatlarını təhlükəyə ataraq, yükək sürətdən istifadə etməklərinin də qarşısına keçmək mümkün deyil. Məhz bu səbəbdəndir ki, sərnişin avtobuslarının qəza törətməsi adət halına çevrilib. Problemin qarşısını almaq isə yenə də aidiyyatı orqanların üzərinə düşür.
Basabas deyərkən bir şeydə yada düşür ki, oda köhnə də olsa, bizi tez lakin tər-su içində mənzil başına çatdıran metro yada düşür.Vaqonlara insaların həddən artıq minməsi çox böyük manelər ortaya çıxarır.Yayın istisini və vaqonlarda kondisionerlərin olmamasını nəzərə alsaq, yaranan vəziyyəti hər kəs çox yaxşı anlayır. Buna hər gün bir çoxlarımız şahid oluruq. Metroda son zamanlar tez-tez baş verən xoşagəlməz hadisələr də, sərnisinlərin narahatlığına səbəb olur. Umid edirik ki, metro rəhbərliyi bunun da həlli yollarını tapacaq.
Digər aktual problemlərdən biri isə telefonlara edilən gizli zənglərdir. Bu xidmətin aktiv olmasını heç də düzgün saymıram. Kim istəsə bu xidmətdən istifadə edərək, birini təhqir edir, yaxud da başqa sözlə desək, psixi təsir göstərə bilir. Bu cür hallardan çoxlu ölüm hadisələri, boşanma hadisələri baş vermişdir. Ən çoxda bu cür hallar münaqişələrə gətirib çıxarır ki, sonucda tərəflərdən biri dəmir barmaqlıqlar arxasına, biri isə həyatı ilə vidalaşmalı olur. Və nəticə etibarı ilə gözü yaşlı qalan onların ailəsi və valideynləri olur. Bu cür hadisələrin qarşısını almaq üçün bu xidmətin birmənalı olaraq yığışdırılması mütləqdir.
Həmçinindı bu xidmətdən istifadə qanun pozuntusudur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsində qeyd edilir ki;
I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
II. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Burdan da aydın görünür ki, bu xidmətdən istifadə edərək hər hansı bir vətəndaşa mənəvi zərər dəyir. Bu problemin də həlli yolları axtarılsa, məqsədəuyğun addım olardı.
Digər problemli məsələ isə son zamanlarda geniş yayıldı ki, bu da piyadalar üçün nəzərdə tutulmuş keçiddən istifadə etməyənlərin cəzalandırılması oldu. Düzdü bu qayda çox müsbətdir, lakin bir şey var. Nəyə görə həmin qadağan olunmuş yerdən keçən polis əmakdaşına qanunla nəzərədə tutulmuş cəza tətbiq olunmur? Məgər Konstitusiyada yazılmayıb ki, hər bir kəs qanun qarşısında eyni hüquqa malikdir? Ya bir çoxları qanunlarımızı bilmir, yada ki vəzifələrindən sui-istifadə edirlər. Bu qaydanı pozan polis əməkdaşından, bunu nəyə görə edirsiz, siz də qanun pozursunuz- sualını verdikdə, “mən paqonam, mənə olar” ifadəsini eşitmişik.
Bir nüansı da yaddan çıxarmayaq bəzi yol polis işçiləri heç bir qayda pozuntusu törətmədikdə belə maşınları saxlayırlar. Bu mənzərə çoxlarına tanışdır. Bu cür neqativ hadisələrin aradan qaldırılmasını ümid edirik, çünki hamımız bu dövlətin vətəndaşıyıq, bir-birimizin əlindən tutmaqdansa badalaq vurmayaq.
Yuxarıda sadaladığım bir çox problemlər hələ də öz aktuallığını qoruyur. İllərdir bu probləmlər mövcuddur və digər həmkarlarım bu barədə dəfələrlə danışıblar. Bu problemlərlə, demək olar ki, hər gün hər birimiz rastlaşırıq. Bunların nə vaxt öz həllini tapacağını görmək üçün isə, bizə yalnız səbr edib gözləmək qalır.Yəqin ki, aidiyyatı qurumlar bu problemlərdən agahdırlar və tez bir zamanda həlli üçün tədbir görəcəklər.