“Redaktorun evini kirayə verməsi qeyri-etikdir”
“Ehtiyacı olduğu üçün dövlətin jurnalistə verdiyi evi başqasına kirayə verməsi qeyri-etik hərəkətdir”.
Bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ötən il jurnalistlərə verilən evlərdən birinin pakistanlı bir vətəndaşa kirayə verilməsi məsələsinə aydınlıq gətirərkən deyib.
V.Səfərlinin sözlərinə görə, bununla bağlı nəsə etmək mümkün deyil:
“Artıq hüquqi baxımdan edəcəyimiz bir şey yoxdur. Ancaq istənilən halda belə bir hərəkət etik deyil. Sadəcə, bir şey edə bilmərik”.
Qeyd edək ki, ötən il Mətbuat günündə “Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov ona Prezident İlham Əliyev tərəfindən verilən mənzili pakistanlılara kirayə verməklə medianın gündəminə gəlib.