Arif Hacılı ilə Qubad İbadoğlu arasında əlbəyaxa dava

0
5

Arif Hacılı ilə Qubad İbadoğlu arasında əlbəyaxa dava

Arif Hacılı ilə Qubad İbadoğlu bir-birinə qarşı ağır ittiham səsləndiriblər

Avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib. Partiya daxilindən “Bizim Yol”a verilən məlumata görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q.İbadoğlu isə “sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm” cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.

Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə “bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin” cavabını verib.
Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: “Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq”. Buna cavabında İ.Qəmbər “Quran” çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın.
Sonda Arif Hacılının “başqan olmasam, partiyanı dağıdacam” hədəsi yenidən qalmaqala səbəb olub.
(bizimyol.info)

LEAVE A REPLY