Məryəm Üzərlidən fantastik şərtlər
Türkiyədə, eləcə də Azərbaycanda sevilən türk əsilli Almaniya aktrisası Məryəm Üzərli kinematoqrafçıların başına bəla olub.
Anspress-in məlumatına görə, saatlarla uzanan çəkiliş vaxtı və şəxsi həyatında yaşanan problemlər Məryəm Üzərliyə tükənmişlik sindromu yaşatmışdı. Lakin yeni ana olan aktrisadan gələn yaxşı xəbərlər kinematoqrafçıları da hərəkətə gətirib.
Üzərli təklif yağışına tutulub. Təkliflər o qədər çox olub ki, hamıya Üzərlinin kimin təklifinə razılıq verəcəyi və hansı yeni filmlə ekranlara gələcəyi maraqlıdır.
Lakin aktrisa müəyyən şərtlər daxilində ekranlara qayıdacağını bildirib. Daha artıq qonorar tələb edən Üzərli sadəcə bununla kifayətlənməyib və şərtlərindən ibarət siyahı hazırlayıb.
Sözügedən siyahını təqdim edirik:
1. Star TV-dən 2 illik müqavilə üçün 2 milyon TL (725400 AZN) pul alacaq
2. Yalnız özü seçdiyi prodüserin serialında oynayacaq
3. Hər seriyaya 60 min TL (21762 AZN) alacaq
4. Çəkiliş vaxtı 9 saatı keçməyəcək
5. İstanbulda ev
6. Evin bütün xərclərin şirkət ödəyəcək
7. Həftənin 3 günü şirkət hesabına Almaniyada olacaq