İstirahət, yoxsa sovrulan pullar?

0
8

Qüdrət Əzizov

İstirahət, yoxsa sovrulan pullar?

Fəal istirahətin geniş yayılmış və ən kütləvi növlərindən biri də turizmdir. Hər il minlərlə insan səyahət edir və bununla da getdikcə turizm daha çox vüsət alır.Turizm sadəcə maraq və ya dəb deyil. Bu son 20-25 ildə insanların vərdiş etdiyi həyati tələbatdır.
Yay gələn kimi hər kəs istilərdən və iş gərginliyindən qurtulmaq üçün üz tuturlar ölkəmizdə olan turizm mərkəzlərinə və ya xarici ölkələrə. Daha dəqiq desək, hər kəs ayağını yorğanına görə uzadır. Çox təəssüf ki, istirahət etmək üçün ölkəmizdə olan turistik məkanları seçənlər bir daha bunu etmək istəmir. Səbəb isə istirahət mərkəzlərində qiymətlərin, necə deyərlər, “od tutub yanmasıdır”. Sakinlər bizim ölkədə dincəlmək üçün sərf etdikləri pulun yarısına belə digər xarici ölkələrdə daha yaxşı dincəlmək mümkün olduğunu bildirirlər.
Nəzərə alsaq ki, ölkədə turizm bölgələrindən birində 1 həftə qalmaq üçün ən azı adam başına 500-600 manat (hələ bu təkcə gecələmək üçün verilən puldur) lazımdır. Bundan əlavə gündəlik yemək, əyləncə üçün sərf edilənləri də hesablasaq məbləğ 2 qatına cıxacaq ki, bir ailənin gedib həmin yerlərdə dincəlməsi qeyri mümkündür.
Məhz bu səbəbdən Azərbaycanda turizm sahəsini inkişaf etdirmək mümkün olmayıb. Təklif olunan xidmətlər müqabilində qiymətlərin həddindən artıq yüksək olması ölkəyə turist axınının da qarşısını alan səbəblərdəndir.
Digər bir problem isə bəzi sahibkarların xalqa aid olan yerləri mənimsəyərək bu sahələrdə öz bizneslərini qurmalarıdır. Hətta bəzi rayonlarda meşəliklərdə, özünə xidmət olan belə yerlərdən gəlib pul istəyirlər. Hec bir xidmət, qulluq, hec bir əşya vermədən pul yığılır. Bəs insanlar dincəlmək üçün neyləsinlər?Yəqin ki, bu suala cavab tapmaq biraz müşkül məsələ olar.
Ölkə sakinlərinin istirahət ücün ən çox yollandığı yerlər sırasında qonşu olan Türkiyə və Gürcüstan ilk sırada gəlir. Burada dincəlmək üçün yuxarıda sadaladığım məbləğin bir qismini ödəyərək, həm də bir neçə gün əlavə qalıb istirahət etmək mümkündür.
Batumidə 1 həftə istirahət üçün adam başına 50 Azn, əlavə əyləncə, yemək üçünsə 100 Azn bəs edir. Yol xərci isə daha ucuz başa gəlir.Və qiymətlər belə olduğu təqdirdə demək olar ki, dünyanın bir çox yerlərindən bura dincəlməyə gəlirlər ki, bunun da sayəsində ölkədə turizm sahəsi gündən-günə inkişaf edir. Bu həm ölkə üçün gəlir mənbəyidir, həm də bura dincəlməyə gələn turistlər üçün maddi cəhətdəən çox sərfəlidir.
Qardaş olan Türkiyədə isə Gürcüstandan biraz artıq xərc çəkməklə istirahət etmək mümkündür. Sadalanan hər 2 ölkəylə müqayisədə bizim ölkədə təklif olunan turistik xidmətlərin qiyməti qat-qat bahadır və bu bizə sərf etmir. Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə olan turizm məkanlarının qiymətlərinə nəzarət edilərdi. Əgər belə olarsa ölkəmiz təkcə nefti ilə deyil, cənnət məkanları ilə də dünya arenalarında tanınardı.
Vurğuladığım kimi bunun çarəsi bu obyektləri biznes məqsədi ilə idarə edənlərin biraz insaflı olmasıdır. Çünki regionların hər bir yerinə dövlət tərəfindən ayırılan vəsaitlər göz qabağındadır və bu bizim ölkəni daha da abadlaşması üçündür. Hansısa bir məmurun özünə biznes qurması üçün yox. Ölkənin hər bir vətəndaşın haqqı var sahib olduğumuz torpaqlarda dincəlsin. Nəyə görə başqa ölkəyə gedək? Qoy bizim ölkəyə gəlsinlər, həm turizm inkişaf edəcək, həm də dövlətə büdcəsi bol-bol gəlir əldə edəcək.
Hal hazırda Qəbələ şəhərinə, Nabrana, Qaxa, Qubaya daha çox istirahətə gedirlər. Burada qoyulan qiymətlər endirilsə, sadaladığım ölkələrdəki qiymətlərlə tarazlıq yaransa daha münasib olardı. Şəhərdə sorğu aparsaq bunun təsdiqinə vararıq. Hec bir yerə gedə bilməyənlər isə sadəcə çirkabla dolu olan dənizə üz tuturlar. Burda da ürəkağrıdıcı məqam odur ki, bəzi çimərliklərdi çirkab, anti-gigiyenik şərait hökm sürməkdədir. Heç bir ölkədə dənizin sahilində qarpız qabığına, qarğıdalıya, boş butulkalara rast gəlmək mümkün deyil. Çimərliklərdə hökm sürən bu çirkabın böyük səbəbi isə bura istirahətə yollanan əhalinin səliqəsiz davaranmasıdır. Ən azından sahillərimizi təmiz saxlayaq. Unutmayaq ki, yay fəsli boyunca cibinizə uyğun yeganə istirahət məkanı bu cimərliklərdir.

LEAVE A REPLY