Ermənilərin yeni torpaq iddiası

0
7

Ermənilərin yeni torpaq iddiası

Ermənistan tarixçiləri Kiyev Rus dövlətinin əsasının ermənilər tərəfindən qoyulduğunu iddia edirlər.

ANS-in məlumatına görə, bu barədə erməni yazar Ruben Barentsin yeni yazdığı “RUSİYA – ERMƏNİSTAN. Daxili vəziyyət və geosiyasət” kitabında qeyd edilib.

Müəllifin iddia edir ki, Kiyev Rusunun əsasını ermənilər qoyub. Onun yazdığına görə, bizim eranın 5-ci əsrində erməni knyazı Smbat Baqratuni Dnepr çayının sahilində Smbatos şəhərini salıb. Barents bu iddia ilə kifayətlənmir və daha sonra uydurur ki, bəs, üç erməni qardaş – Kiy, Şek və Xoriv qardaşları Moskva da daxil olmaqla Kiyev – Kursk – Bryansk üç bucağında Arta adlı erməni dövləti yaradıb. Sən demə, həmin üçbujaqdakı yerli əhalinin genetik materialları armenoid irqinə uyğundur.

Barents bu iddia ilə tarixdə az qala aksioma kimi qəbul edilən postulatları heçə sayır. Birincisi, Baqratuni ailəsi erməni yox, yəhudi mənşəlidir. Ermənistan hakimləri Baqratunilər və gürcü knyazları Baqrationlar məhz xiristianlığı qəbul etmiş yəhudilərin törəmələridir.

İkincisi, rusların ata kitabı olan “Povest vremennıx let” əsərində göstərilir ki, Moraviyadan (Çexiya) gələn üç slavyan qardaş – Kiy, Şek və Xoriv, həmçinin onların bacıları Lebed 7-ci əsrdə Dnestr çayını şərqə keçən ilk slavyanlar idi. Regionda yerli xalq xəzər türkləri olub və Kiy xəzər xaqanından icazə alaraq, Kiyev şəhərinin əsasını qoyub, xəzərlərə vergi ödəyib. Daha sonra bölgəyə german dilli ruslar (vikinqlər) gəlib və şəhəri tutaraq Xəzər xaqanlığına vergini özləri ödəyiblər. Yalnız xəzərlərin süqutundan sonra artıq slavyanlaşmış ruslar müstəqil Kiyev Rusu dövlətini elan ediblər.

LEAVE A REPLY