Ukrayna ordusu sarsıdıcı hücuma hazırlaşır
Ukrayna ordusu separatçılara qarşı bir neçə istiqamətdə hücuma keçməyə hazırlaşır.
Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk özünün Feysbuk səhifəsində yazıb.
“Şaxtyorsk-Torez-Snejnoe-Krasnıy Luç istiqamətində hücum hazırlığı həyata keçirilir. Eyni zamanda aviasiya və artilleriya Şaxtyorsk, Torez, Snejnoenin müdafiəsini möhkəmləndirməyə yollan terrorçu qruplaşmaları məhv edib. Anti-terror qüvvələri Qorlovkanı Donetsklə birləşdirən yola nəzarət edirlər. Qorlovkadakı terrorçular qondarma Donetsk Xalq Respublikasından təcrid olunublar”, – deyə Tımçuk bildirib.