Ermənilər ölən xəstə diversantı necə sağaltdılar?

0
7

Ermənilər ölən xəstə diversantı necə sağaltdılar?

Tovuz rayonu ərazisindən Azərbaycanın dövlət sərhədini keçərək diversantlıq etməkdə şübhəli bilinən Ermənistan vətəndaşı Karen Petrosyan bu günlərdə qəfil ürək tutmasından dünyasını dəyişib. Hazırda, həmişəki kimi, ermənilər hay-küy qaldırıb ki, Karen sağ-salamat, ürəyi, psixi durumu tam qaydasında olan, hətta spirtli içki aludəçiliyindən kənar bir şəxs imiş. Halbuki ermənilərin əvvəlki bəynatlarında bunun tam əksi iddia olunurdu.

Axar.az kiçik araşdırma apararaq, Ermənistanın müvafiq qurumlarının diqqətinə mərhum Petrosyanın hansı xəstəliklərdən və kənar vərdişlərdən əziyyət çəkdiyini çatdırıb.

Məsələn, bir diversant kimi əsir götürüldüyü ilk günlərədə Ermənistanın “Tert.am” agentliyinin 8 avqust tarixli xəbər lentində gedən “Karen cəmi 3 il məktəbə gedib” başlıqlı yazıda Tavuşun qubernatoru Ovik Abovyanın Petrosyanla bağlı bu fikirləri yer alıb:
“Diversiyadan söhbət gedə bilməz. Bunu heç təsəvvür etmək mümkün deyil. Çünki xəstə Karen cəmi 3 il məktəbə gedib. Onun əqli qüsuru, sağlamlığında problem və ciddi şəkildə spirtli içkidən asılılığı vardı. Məndə olan məlumata görə, sərhədi keçərkən Karen sərxoş olub və nəticədə də azıb”.

Başqa bir oxşar nümunə: “Arminfo.info” agentliyinin həmin gün Petrosyanla bağlı təqdim etdiyi xəbərdə onun atasına istinadla vurğulanıb ki, oğlunun sağlamlığında və davranışlarında ciddi problemlər olub.
“Uaport.net” agentliyinin də məsələyə həsr etidiyi xəbərdə nəzərə çatdırılıb ki, Azərbaycan tərəfinin xəstə, spirtli içkilərdən asılı bir şəxsi diversant kimi təqdim etməsi heç bir qaydalara sığmır.

Beləliklə, onlarla belə nümunələr misal gətirmək olar ki, orada Ermənistan vətəndaşı, mərhum Karen Petrosyanın sağlamlığında qüsurların olduğu aşkar görünsün.

LEAVE A REPLY