Con Kerri: “ABŞ qoşunları İraqa qayıtmayacaq”

0
14

Con Kerri: “ABŞ qoşunları İraqa qayıtmayacaq”

ABŞ İraqın yeni baş naziri Heydər əl-Abadini mümkün qədər tez yeni hökumət formalaşdırmağa çağırır

Bu barədə ABŞ dövlət katibi Con Kerri Sidneydə keçirdiyi mətbuat konfransında bildirib. Onun fikrincə, yeni İraq hökuməti “İslam dövləti” qruplaşması ilə mübarizədə qətiyyət göstərməli və öz tərkibində ölkənin bütün əsas dini və milli icmalarını əks etdirməlidir.

Kerri Vaşinqtonun İraqa verdiyi dəstəyi genişləndirməyə hazır olduğunu qeyd edib. O, əlavə edib ki, ABŞ qoşunları İraqa qayıtmayacaq.

ABŞ dövlət katibi İraq kürdlərinin ayrı dövlət yaratmaq təşəbbüsünə Vaşinqton tərəfindən dəstək verilməsi barədə sualı da cavablandırıb: “Biz həmişə İraqın bütövlüyünü dəstəkləmişik və indi də dəstəkləyirik”.

LEAVE A REPLY