Rusiyadan Avropaya – Qadağa
Rusiya prezidenti Vladimir Putin Avropaya qadağa qoydu.
Yeni qadağaya görə, Rusiyaya sanksiya tədbiq edən ölkələrə kənd təsərrüfatı məhsulları, xammal və ərzaq gətirmək yasaqlanıb.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Bu qadağa qanun qüvvəyə minəndən sonra bir il ərzində tədbiq ediləcək.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi ölkələri Rusiyanı Krımın ihlaqında, Moskvanın Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edir. Qərb ölkələri mart ayından Rusiyaya qarşı bir necə dəfə sanksiyalar tədbiq edib.
Krımda mart ayının 16-da referendum keçirilib. Referendumda iştirak edənlərin böyük əksəriyyəti Krımın Rusiyaya birləşməsinin lehinə səs verib.