Tatlısəsin oğlu və keçmiş xanımı Azərbaycan xalqına başsağlığı verdi
Türkiyəli aktrisa, İbrahim Tatlısəsin keçmiş xanımı Dərya Tuna Azərbaycanda 8 əsgərin şəhid olması xəbərinə biganə qalmayıb.
O, İnstaqram səhifəsində Azərbaycan bayrağının şəklini paylaşaraq şəhidlərə rəhmət diləyib:
“Allah rəhmət eləsin! Bütün şəhidlərimizin məkanı cənnət olsun. Başınız sağ olsun!”.
Digər başsağlığı isə İ.Tatlısəsin oğlu İdodan gəlib. O, bayrağımızın fotosunu paylaşaraq “Başımız sağ olsun” sözlərini yazıb.