Qənirə Paşayeva telekanalları tənqid etdi
“Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”. Bunu facebook səhifəsində millət vəkili Qənirə Paşayeva qeyd edib. O, televiziyaların çal-çağır proqramlarına davam etməsini də tənqid edib: “Millətimizin başı sağ olsun! Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, mesaj gəlib. Bir çox İnsanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər. İşğalçı Ermənistanı və onunla bərabər arxasında duran dövlət və gücləri Allahın lənətinə gəlsinlər. İnşallah onlar layiq olduqları cəzanı alacaqlar. Böyük şair gözəl demişdi:
Bayraqları bayraq edən üstündəki qandır
Torpaq uğrunda ölən varsa vətəndi
Sizi heç zaman unutmayacağıq əziz şəhidlərimiz! Nə qədər Azərbaycan var siz də hər zaman yaşayacaqsınız”!