Putin hərbi səfərbərlik elan etdi
Rusiya Müdafiə Nazirliyi ehtiyatda olan bütün hərbi mükəlləfiyyətçilərin çağırışını elan edib.
“Hərbi hazırlıq iki ay ərzində bütün hərbi hissə və bölmələrdə keçiriləcək”, – deyə Nazirliyin verdiyi məlumatda bildirilir.
Ehtiyatda olan çağırışçılar modernləşdirilmiş yeni silah və hərbi texnikalarla tanış olacaqlar. Məşqlər “Vostok-2014” strateji komanda-qərargah təlimləri çərçivəsində keçiriləcək.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, bu cür tədbirlər hələ ötən ilin noyabrında planlaşdırılmışdı.