Hücum edilmiş ərazilər bizdədir, ermənilər itkilərin sayını gizlədirlər

0
1

Hücum edilmiş ərazilər bizdədir, ermənilər itkilərin sayını gizlədirlər

Ermənilərin diversiya hücumu təşkil etdiyi ərazilər Azərbaycanın əlindədir.

Anspress-in verdiyi məlumata görə, düşmənin gecə saat 2-də başladığı diversiya hücumu gecə saat 5-ə qədər çəkib.

Düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı postlarımızı ələ keçirməyə çalışıb. Amma onlar geri oturdulublar. Hazırda ərazi tam Azərbaycan silahlı birləşmələrinin nəzarətindədir. Ermənistan ordusunun birləşmələri ilə ordumuz arasında 200 metr məsafə var.

Hadisə nəticəsində Ermənistan ordusu xeyli itki verib. Amma erməni tərəfi onlardan yalnız 2-nin – İrəvanda yaşayan Azat Asoyanın və Ermənistanın Sərdarabad (Oktomberyan) şəhərində yaşayan Ararat Xanoyanın öldüyünü etiraf edib.

İtkilərin gizlədilməsi Ermənistan Müdafiə Nazirliyinin iş praktikasında çoxdan tətbiq edilir. Milli qəhrəman Mübariz İbrahimlinin iştirakçısı olduğu döyüş zamanı 50-dən çox erməni əsgəri həlak olduğu halda, Ermənistan tərəfi bir neçə gün sonra 10 əsgərin bir-birini öldürməsi barədə məlumat vermişdi.

LEAVE A REPLY