Erməni jurnalistdən şok açıqlama: “Ötən gün 51 erməni əsgəri həlak olub, 35-i yaralanıb

0
5

Erməni jurnalistdən şok açıqlama: “Ötən gün 51 erməni əsgəri həlak olub, 35-i yaralanıb

Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan ordusunun 8 hərbçisi şəhid olub. Hələlik bu barədə Azərbaycan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Azinform.az saytı erməni mətbuatında dərc edilən digər bir xəbər istinadən bildirir ki, Ermənistan cəmiyyəti ciddi narahatçılıq içindədir. Belə ki, əsasən Dağlıq Qarabağ konflikti barədə reportajlar hazırlayan erməni jurnalist Eduard Abramyan sosial şəbəkələrdə sensasiyalı bir məlumat çıxış edib.

Mitq.org Analitik Mərkəzinin rəhbəri olan erməni ekspert özünün Twitter səhifəsində bildirib ki, “ötən gün Azərbaycan kəşfiyyatçı diversant qrupunun hücumu nəticəsində səhər saatlarına qədər şiddətli döyüşlər gedib və “Dağlıq Qarabağ” ordusu 51 nəfər əsgərini itirib, 35 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. Ermənistan hakimiyyəti ölkədə baş verə biləcək kütləvi etirazlardan ehtiyyatlanaraq, bu məlumatı məxfi saxlamağa çalışır.”

Qeyd edək ki, Ermənistanın yüksək dairələri ilə yaxın əlaqələrə malik erməni jurnalistin bu açıqlaması sosial şəbəkələrdəki erməni istifadəçilərin ciddi müzakirələrinə səbəb olmuş və ermənilər Serj Sarkisyanı istefaya çağırmışlar.

LEAVE A REPLY