Abituriyentlərə xəbərdarlıq: “Bu işi başa çatdırsınlar”

0
1

TQDK-dan keçid balı topayan abituriyentlərə xəbərdarlıq: “Bu işi başa çatdırsınlar”

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 2014-cü il 1 avqust saat 11-ə olan məlumata görə 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib. TQDK digər müsabiqə şərtini ödəyən abituriyentlərə müraciət edib:
“İxtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər”.

LEAVE A REPLY