O, “Cim-Bom”u hər şeydən üstün tutdu

0
1

O, “Cim-Bom”u hər şeydən üstün tutdu

alt=”O, "Cim-Bom"u hər şeydən üstün tutdu” title=”O, "Cim-Bom"u hər şeydən üstün tutdu”
Hollandiyanın və “Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyderin gələcək taleyi haqqında qərar verildi.

Belə ki, Xames Rodrigesin “Real”a keçməsindən sonra “Monako” klubu Sneyderi onun yerinə gətirməyə çalışırdı. Ancaq futbolçunun meneceri Quido Albers bütün bu təkliflərin üstündən xətt çəkərək Sneyderin Türkiyədə xoşbəxt olduğunu bildirdi: “Sneyder karyerasının sonuna kimi burada qalmaq istəyir. Hələ “Qalatasaray”la iki illik müqaviləsi var. Həm də biz rəhbərliklə yeni danışıqlara başlamışıq və ən azı Sneyder daha 5 il bu klubda qalacaq”.

LEAVE A REPLY