Nazirdən açıqlama: “Öldürücü deyil”

0
1

Nazirdən açıqlama: “Öldürücü deyil”

alt=”Nazirdən açıqlama: "Öldürücü deyil"” title=”Nazirdən açıqlama: "Öldürücü deyil"”
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Aran bölgəsində mal-qara arasında yayılan xəstəliklə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, nazir sözügedən xəstəliyin öldürücü olmadığını bildirib. Problemin qısa müddət ərzində aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilir. Nazir kənd təsərrüfatı sahəsində inkişafa nail olmaq üçün atılan digər addımlardan da danışıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda heyvanlar arasında yayılan xəstəliklərin təhlükəli olmadığını bildirib. Onun sözlərinə görə, bu xəstəliyin simptomları müşahidə olunub və bütünlüklə vəziyyət nəzarət altındadır.

Yaxın gələcəkdən etibarən kənd təsərrüfatı texnikalarının alınmasına dövlət tərəfindən 40 faiz dəstək veriləcək. Nazirin sözlərinə görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən hazırda bu məsələnin həlli üçün müvafiq qanun və sənədlər hazırlanır.

Heydər Əsədovun sözlərinə görə, ölkədə suvarma sistemində yaşanan problemlərin aradan qaldırılması üçün kompleks proqramlar hazırlanır.

LEAVE A REPLY