McDonald`s-a ağır zərbə!

0
5

McDonald`s-a ağır zərbə!

Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi sahəsinə nəzarət və insan rifahı üzrə federal agentliyi (Rospotrebnadzor) McDonald`s hamburgerlərini qadağan etmək niyyətindədir.

McDonald`s-ın istehsal etdiyi və satdığı çizburgerlər və royal çizburgerlər, file-o-fiş, çikkenburger, giləmeyvə əsaslı dondurmalar və südlü kokteyllərə də məhkəmə sanksiyaları tətbiq edilə bilər.

Belə ki, Rospotrebnadzor artıq müvafiq sənədləri məhkəməyə təqdim edib.

Qurumun məlumatına görə, McDonald`s məhsullarındakı yağ, zülal, karbohidrat və enerji dəyərləri qəbul edilmiş texnoloji normalardan və şirkətin paketlərinin üzərindəki göstəricilərdən kənardır.

Rospotrebnadzor məhkəmədən tələb edir ki, həmin məhsulun istehsalı və satışı qadağan edilsin. Məsələ ilə bağlı ilkin məhkəmə dinləmələri avqust ayında keçiriləcək.

Rospotrebnadzor-un əməkdaşları ötən il McDonald`s-ın Krasnodar şəhərindəki restoranında yoxlamalar aparıb. Hamburgerlərdə və qablarda bağırsaq çöpü bakteriyası aşkarlanıb. Restoranın yoxlanılan 20 əməkdaşından yeddisində qızılı stafilokokk bakteriyası üzə çıxıb. Sanitariya normalarını pozduğuna görə McDonald`s 300 min rubl məbləğində cərimə olunub.

LEAVE A REPLY