Vasif Talıbovdan GÖSTƏRİŞ:Mollaya ölü basdırmaq üçün pul almaq QADAĞAN edilib

0
7

Vasif Talıbovdan GÖSTƏRİŞ:Mollaya ölü basdırmaq üçün pul almaq QADAĞAN edilib

alt=”Vasif Talıbovdan GÖSTƏRİŞ:Mollaya ölü basdırmaq üçün pul almaq QADAĞAN edilib ” title=”Vasif Talıbovdan GÖSTƏRİŞ:Mollaya ölü basdırmaq üçün pul almaq QADAĞAN edilib ”
Mollalara pulsuz 1 şalvar, 1 cüt ayaqqabı, və fəs verilir

Naxçıvan Muxtar Respublikasında yas məclisi aparan mollaların və məscid axundlarının vahid geyim formasına keçidi ilə bağlı mətbuatda məlumatlar birmənalı qarşılanmayıb. Yayılan məlumatda qeyd edilir ki, MR-da fəaliyyət göstərən məsçidlərin axudlarına vahid geyimi çıxmaqla quran və təsbeh pulsuz veriləcək.

Hələ ötən ildən başlayaraq, MR Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə MR ərazisində mövcud olan məscidlərin axundlarına vahid forma verilməsi tətbiq edilir. Bu proses pulsuz həyata keçirilir. Yəni, axundlara ilkin olaraq 1 şalvar, 1 cüt ayaqqabı, köynək və fəs verilir. Payız ayında isə 1 dəst kostyum verilir.

Mollalara yalnız geyim pulsuz verilir

Bu ildən başlayaraq isə təkcə məscidlərin axundlarına deyil, eyni zamanda yas mərasimlərini idarə edən dini icmalarda qeydiyyatda olan fatihəxanlara da pulsuz forma paylanılacaq. Artıq bütün dini icmalar MR Dini Komitəsinə qeydiyyatda olan fatihəxanların ümumi siyahısını təqdim edib. Yəni, axundlarla yanaşı fatihəxanlar da pulsuz olaraq forma ilə təmin ediləcəklər. Amma ötən gün yayılan xəbərdə iddia edilirdi ki, güya axundlara və fatihəxanlara təsbeh və Quran da pulsuz veriləcək. Bu xəbər MR-da fəaliyyət göstərən dindarlar tərəfindən təkzib edilib və qeyd olunub ki, axundlara və fatihəxanlara yalnız vahid geyim dəsti pulsuz veriləcək.

Yas mərasimini idarə edən mollaya ölü sahibi ilə bazarlıq qadağandır

Quran və təsbehin verilməsi isə ümumiyyətlə gündəmdə olmayıb. Dindarlar bildiriblər ki, MR ərazisində yas mərasimində iştirak edən mollalara 100 manatdan artıq pulun verilməsinin qadağan edilməsi ilə bağlı xəbər isə yalandır. Məlumatda vurğulanır ki, MR ərazisində yas mərasimini idarə edən fatihəxanlar və ya quran oxuyan dindarlar ölü sahibi ilə məclisin aparılması ilə bağlı hansısa şəkildə bazarlıq etmir. Ölü sahibi onun məclisini idarə edən dindara könlündən nə keçərsə, onu verə və ya verməyə bilər. Çünki, Naxçıvanda hüzür məclislərini idarə edən mollalar, fatihəxanlar icmalara bağlı fəaliyyət göstərdiklərindən, onların ölü sahibi ilə məclisin idarə edilməsi yönündə bazarlıq etmələri qadağan edilib.

Qeyd edək ki, MR din xadimlərinin ayda iki-üç dəfə keçirilən toplantısında alınan qərarlara əsasən MR ərazisində hüzür məclisləri pulsuz həyata keçirilir. Hüzür sahibi əgər özü könüllü olaraq məclisi aparan dindara halallıq almaq məqsədi ilə hansısa hədiyyəni verirsə, bu da könüllülük əsasında olur.

LEAVE A REPLY