Qaynayan qazan 4 yaşlı uşağın üzərinə aşıb

0
9

Qaynayan qazan 4 yaşlı uşağın üzərinə aşıb

Adi etiyatsızlıq Tovuzda 4 yaşlı uşağın ağır yanıq xəsarətləri alması ilə nəticələnib.

Abulbəyli kənd sakini olan Kənan İbrahimovun valideynlərinin sözlərinə görə, uşağın üzərinə sobada qaynayan qazan aşıb.

Valideynləri ağır yanıq xəsarətləri alan 4 yaşlı Kənanı dərhal Tovuz Mərkəzi Xəstəxanasına çatdırıblar. Baş verən hadisə zamanı 4 yaşlı uşağın döş qəfəsinin ön səthi, sol qolu və çənəsi yanıb.
Mərkəzi Xəstəxanada Kənana ilk yardım göstərildikdən sonra o, Gəncə şəhərindəki Xəstəxanaya gətirilib.

Qeyd edək ki, zərərçəkən ailənin yeganə oğlan övladıdır.

LEAVE A REPLY