Kösəm Sultan roluna kimin çəkiləcəyi dəqiqləşdi

0
1

Kösəm Sultan roluna kimin çəkiləcəyi dəqiqləşdi

2015-ci ildə yayımlanması planlaşdırılan “Kösəm Sultan” serialında baş rola kimin çəkiləcəyi məlum olub.

Türkiyə mətbuatı xəbər verir ki, bu obrazı aktrisa Bərən Saat canlandıracaq.
“TİMS” prodakşının “Möhtəşəm yüz il” serialından sonra Osmanlı dövrünə aid hazırladığı növbəti layihəsi çərçivəsində Kösəm Sultan roluna Məryəm Üzərli,Tuba Büyüküstün, Hazal Kaya və Bərən Saatın namizədliyi irəli sürülmüşdü.
Lakin keçirilən sorğunun nəticələrinə əsasən, üstünlük Bərən Saatın tərəfində olub və layihə rəhbəri də bu rola onu təsdiqləyib.
Qeyd edək ki, Osmanlı tarixinin ən güclü qadınlarından olan Kösəm Sultan 1590-cı ildə Yunanıstanda anadan olub. Əsl adı Anastasiyadır və 15 yaşında ikən İstanbula göndərilib. Sultan I Əhmədin xanımı olan Kösəm iti ağlı ilə qısa bir zamanda bütün saraya öz nüfuzunu qəbul etdirib.

LEAVE A REPLY