İŞİD-in arxasında bu ölkələr durur
İraq və Şam İslam Dövlətinin “zəfər”lərinin arxasında ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyə durur. Belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Xəbərə görə, Ammanda adıçəkilən ölkələrin kəşfiyyat idarəsi və hökumət nümayəndələrinin iştirakı ilə iyunun 1-də gizli toplantı keçirilib. Toplantıda Kürdistan Demokratik Partiyası və Baas Partiyasının nümayəndələri də iştirak edib.
Toplantıda İŞİD-in hücumlarının İraqın Mosul şəhərinin ələ keçirilməsi ilə başlanılmasına qərar çıxarılıb. Toplantıdan 1 həftə sonra, iyunun 9-da Mosul İŞİD tərəfindən işğal edilib.
İddia edilir ki, Səddam Hüseyndən sonra İraqda hadisələr hegemon güclərin istədiyi kimi cərəyan etmədiyinə görə, bu güclər İŞİD vasitəsilə yeni istədiklərini həyata keçirmək istəyir.